azerbaycan bakü`de sokağa terk edilen felçli tavşan
Azərbaycanda heyvan hüquqlarının xülasəsidir bu şəkil mənim üçün.
Hər ölkənin uyğunlaşdığı bir şəkil var heyvan hüquqlarıyla əlaqədar zehnimdə, bu şəkil də Azərbaycanın heyvan hüquqlarına qarşı münasibətini xülasələyən konkret bir şəkildir.
Belə ki, bu iflic dovşanı yaxın günlərdə bir nəfər görür Bakıda, parkın ortasına tərk edilmiş vəziyyətdə. Ayaqlarında çubuqlar və pampers bağlanmış. Dərhal aparıb etimadlı bir eyrdə saxlayıb ondan sonra elan vermək yerinə - kim kömək edə bilər- deyə, bunu etmir, parkın ortasında öz halına buraxıb çıxıb gedir evinə və bir heyvan sevər qrupta şəkildəki elanı verir.
Mən bu hadisədən çox tsirləndim öyrənincə çünki üçlü vicdansızlıq nümunəsiydi bu.
1. Dovşanını iflic vəziyyətdə parka itlərin, soyuq havanın təhlükəsinə tərk edib gedən sahibi olan şəxs.
2. Dovşanı - yer üzündə köməyə ən möhtac olan, ən küçədə yaşaya bilməyəcək olan bir canlını parkda öz halına burxıb gedən şəxs.
3. Qrupta bu hadisəni öyrənincə dərhal gedib heyvanı xilas etmək yerinə çərənçilik edən, hadisəyə müdaxilə etməyən bir yığın `heyvan sevər` insan.
Bu üç qorxunc davranışı da etməmək üçün, bir dovşanı ölümə əl birliyiylə tərk etməmək üçün minimum vicdan, şəfqət və heyvan sevgisi kifayət olardı, hansı ki, bu üçlüdə yox idi. Nəticə olaraq, dovşan bu etinasızlıq səbəbiylə həyatını itirdi. Bu hadisəni heç vaxt yaddan çıxartmayacağam. Heyvan hüquqları müdafiəçiliyi həyatımda rast gəldiyim ən dəhşətverici, mənə ən dərindən təsir edən hadisələrdən birisiydi bu.
Azərbaycanlıların heyvan sevgisinin yox deyilə biləcək qədər az olması, heyvan hüquqları müdafiəçiliyinin və veqanizmin yenə eyni şəkildə həddən artıq az olması - digər eyni səviyyədəki m\dəni ölkələrlə müqayisədə - başa düşülür kimi deyil, bunun səbəbini təhlil edib tapa bilmirəm.
Səbəbini tam olaraq başa düşmədiyim nadir olqulardan birisidir bu, hətta ən başlıcası belə deyə bilərəm. Litseydə psixologiya, fəlsəfə, məntiq, universitetdə isə hüquq fəlsəfəsi, hüquq sosiologiyası, kriminologiya kimi insan/ ictimaiyyət davranışlarını izah edən dərslər aldım, halhazırda bir hüquqşünas olaraq davranış elmləriylə əlaqədar oxumağa, özümü təkmilləşdirməyə davam edirəm, ancaq bir azərbaycanlı olaraq digər azərbaycanlıların heyvan sevgisi yoxsunluğunu dərk edə bilmirəm. səbəbini qismi olaraq azərbaycanlıların lüks düşkünlüyünə bağlayıram. buna görə, azərbaycan xalqı həddən artıq lüks düşükün olduğu üçün təkcə öz lüksünü fikirləşir, öz lüks yeməyinə/ geyinməyinə/ gəzməyinə/ yaşamağına əhəmiyyət verir. eqoism üst səviyyədədir bu səbəblə bu insanlarda, buna görə də, özlərindən başqa bir canlını - insan/ heyvan - fikirləşmək istəmirlər/ əhəmiyyət vermirlər. ictimai məsuliyyətləri azdır/ yoxdur demək olar ki, tam da bu səbəbdən ötəri.